Moskva “Spartak”ı “Zirə”nin vingeri Salifu Suma ilə bağlı qərarını qətiləşdirib.
Bizim.Media Rusiya mətbuatına istinasdən xəbər verir ki, bu transfer baş tutmayacaq.
Bir müddətdir “Spartak” başda olmaqla bir neçə Avropa klubunun Suma ilə maraqlandığı barədə məlumatlar yayılır.
Lakin paytaxt təmsilçisi 21 yaşlı ön xətt oyunçusunun keçidində artıq maraqlı deyil. Moskvalılar yay fasiləsində sağ cinah vinger mövqeyinə yeni oyunçu cəlb etməyi planlaşdırmır. Rusiya nəhəngi Suma üçün qarşı tərəfin tələb etdiyi 850 min avroluq təzminat məbləğini ödəməyə hazır deyil.
Qeyd edək ki, Salifu Suma cari mövsüm bütün turnirlərdə keçirdiyi 37 oyunda 11 qol vurub, 6 məhsuldar ötürmə verib.
Rəşad Rafiqoğlu, Bizim.Media