Qurban Qurbanovun təbrik etmədiyi Bəhlul Mustafazadə “Qəbələ”yə keçir? – Klubdan AÇIQLAMA

Qurban Qurbanovun təbrik etmədiyi Bəhlul Mustafazadə “Qəbələ”yə keçir? – Klubdan AÇIQLAMA

Hazırda oxunan: Qurban Qurbanovun təbrik etmədiyi Bəhlul Mustafazadə “Qəbələ”yə keçir? – Klubdan AÇIQLAMA

246890

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “Sabah”la oyundan sonra futbolçuları çempionluq münasibəti ilə təbrik edərkən Bəhlul Mustafazadə ilə görüşməməsi son günlər ölkə mediasının əsl gündəminə çevrilib. Hətta millimizin üzvü olan futbolçunun klubdan gedəcəyi və yay fasiləsində “Qəbələ”yə icarəyə veriləcəyi barədə xəbərlər dolaşır.

Məsələ ilə bağlı “Qarabağ” klubunun rəsmi mövqeyi isə birmənalıdır.

Klubun mətbuat katibi Anar Hacıyev Bizim.Media-ya açıqlamasında yayılan xəbərlərin əsassız olduğunu və Bəhlulun heç bir kluba keçməyəcəyini dedi:

“Bəhlulla bağlı yayılan xəbərlər əsassızdır. O, “Qarabağ”ın müqaviləli oyunçusudur və komanda futbolçudan razıdır. Onun 2027-ci ilə qədər “Qarabağ”la müqaviləsi var və Bəhlul bu müddətin sonuna qədər “Qarabağ”da qalacaq. Onun hansısa komandaya icarəyə veriləcəyi də gözlənilmir.”

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO