Avarçəkənlərimiz Suqovuşanda 3 medal qazandı

Avarçəkənlərimiz Suqovuşanda 3 medal qazandı

Hazırda oxunan: Avarçəkənlərimiz Suqovuşanda 3 medal qazandı

246874

Azərbaycan avarçəkənləri "Prezident Kuboku-2025” beynəlxalq turnirinin ilk günündə 3 medal qazanıblar.

Bizim.Media xəbər verir ki, bu gün Suqovuşanda kayak üzrə 200 metr məsafədə mükafatçılar müəyyənləşib.
 

Azərbaycan təmsilçilərindən Amil Ramazanov 2007-2008 təvəllüdlü idmançıların mübarizəsində bürünc mükafata sahib çıxıb. 2009-2010 təvəllüdlü idmançılardan Əlimurad Hacızadə, 2011-2012 təvəllüdlülərdən isə Mustafa Vəlizadə eyni əyarda medal qazanıblar.


Qeyd edək ki, "Prezident Kuboku-2025" turnirinə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.

Reqata mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO