“Qarabağ” klubu hücumçu axtarışlarını davam etdirir.
Bizim.Media xəbər verir ki, rəhbərlik hazırda bəzi oyunçularla danışıqları davam etdirir.
Əgər bu futbolçularla razılıq əldə olunmasa, Ağdam təmsilçisi sabiq hücumçusunu geri qaytara bilər.
Söhbət hazırda Fransanın “Sent Etyen” klubunun şərəfini qoruyan İbrahima Vadjidən gedir. Hazırkı klubunda əsas heyətdə yer almayan Vadji “Qarabağ”a qayıtmaq variantına isti yanaşır.
Qeyd edək ki, “Qarabağ”ı 2022-ci ildə tərk edən Vadjinin “Sent Etyen”lə müqaviləsi mövsümün sonunda başa çatacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media