AFFA "Kəpəz"in şikayətini qismən TƏMİN ETDİ

AFFA "Kəpəz"in şikayətini qismən TƏMİN ETDİ

Hazırda oxunan: AFFA "Kəpəz"in şikayətini qismən TƏMİN ETDİ

246749

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Kəpəz"in AFFA Gənclər Liqasında mübarizə aparan futblçusu Amur Yusifova verilən cəza ilə bağlı şikayətinə baxıb.

Bizim.Media xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Gəncə təmsilçisinin apellyasiya şikayəti qismən təmin edilib.

Qərarda bildirilib:
 

"16 aprel 2025-ci il tarixdə AFFA Gənclər Liqasında keçirilən “Kəpəz” PFK – “Qarabağ” PFK oyununun 67-ci dəqiqəsində “Kəpəz” PFK komandasının 8 nömrəli futbolçusu Amur Yusifov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün futbolçunun 3 oyun cəzalanması (maddə 43.1) barədə AFFA İntizam Komitəsinin 23 aprel 2025-ci il tarixli qərarı dəyişdirilərək 3 oyunluq cəzanın 1 oyunu şərti tətbiq edilsin.


Şərti cəzanın çəkilməsi üçün 3 ay sınaq müddəti müəyyən olunsun və sınaq müddətinin başlanğıcı 23 aprel 2025-ci il tarixdən hesablansın.

Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO