“Qarabağ”dan Qurbanovun Bəhlulla görüşməməsi barədə AÇIQLAMA - VİDEO

“Qarabağ”dan Qurbanovun Bəhlulla görüşməməsi barədə AÇIQLAMA - VİDEO

Hazırda oxunan: “Qarabağ”dan Qurbanovun Bəhlulla görüşməməsi barədə AÇIQLAMA - VİDEO

246463

Xəbər verdiyimiz kimi, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ötən gün çempion olduqları “Sabah”la matçdan sonra paltardəyişmə otağında futbolçularla görüşərək onları təbrik etsə də, müdafiəçi Bəhlul Mustafazadə ilə görüşməyib. 

Bizim.Media xəbər verir ki, təcrübəli mütəxəssislə futbolçu arasında olan bu görüntülə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. 

Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev saytımıza açıqlamasında məsələyə bu cür aydınlıq gətirib:
 

“Hər hansı problem yoxdur. Komanda daxilində baş məşqçi Qurban Qurbanov və futbolçular arasında qarşılıqlı hörmət və inam var. Həmin məqama gəldikdə, Qurban Qurbanov klubun bəzi işçiləri və futbolçuları ilə stadionda təbrik etdiyi üçün onlarla ikinci dəfə paltardəyişmə otağında görüşməyib.


Bəhlulla da ona görə görüşməyib. Həmçinin futbolçu həmin vaxt əlindəki sarğını açırdı. Yəni baş məşqçimiz və futbolçular arasında hansısa problem yoxdur. Hər zaman komanda daxilində ab-hava yüksək olub, baş məşqçi ilə futbolçular arasında da isti münasibət var”. (“Qafqazinfo”)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO