“Oyundan sonra futbolçuların hər birini ayrı-ayrılıqda qucaqladım”.
Bizim.Media xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl Misli Premyer Liqasının XXXII turunda "Sabah"la keçirilən oyundan (1:1) sonra jurnalistlərə açıqlamasında deyib.
Klub rəhbəri "köhlən atlar"ın 12-ci dəfə Azərbaycan çempionu olmasına münasibət bildirib: "İldən-ilə Azərbaycan çempionatının səviyyəsi qalxır. Komandamız da sübut etdi ki, illər ərzində gücünü qoruyub-saxlayır. Baxmayaraq ki, "Sabah"la matçın gedişində hesab 1:1 olarkən həyəcan keçirdik. Sevindirici haldır ki, sonluq bizim istədiyimiz kimi oldu.
Komandamızdan çox razıyıq".
Qeyd edək ki, "Sabah"la görüşdən sonra xallarının sayını 77-yə çatdıran Ağdam təmsilçisi Premyer Liqanın başa çatmasına 4 tur qalmış 12-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib. (Report)
Bizim.Media

- A-
- A
- A+
İdman
04:36 / 28.04.2025
"Qarabağ"ın prezidenti: Oyundan sonra futbolçuların hər birini qucaqladım
Hazırda oxunan: "Qarabağ"ın prezidenti: Oyundan sonra futbolçuların hər birini qucaqladım
Hazırda oxunan: "Qarabağ"ın prezidenti: Oyundan sonra futbolçuların hər birini qucaqladım
246391
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.