“Liverpul” 20-ci dəfə İngiltərə çempionu oldu - VİDEO

“Liverpul” 20-ci dəfə İngiltərə çempionu oldu - VİDEO

Hazırda oxunan: “Liverpul” 20-ci dəfə İngiltərə çempionu oldu - VİDEO

246382

Futbol üzrə İngiltərə Premyer Liqasında 2024-2025-ci illər mövsümünün qalibi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, XXXIV turun bağlanış oyununda doğma meydanda “Tottenhem”i 5:1 hesabı ilə məğlub edən “Liverpul” sona 4 tur qalmış ölkə çempionu olub.
 

Mersisayd təmsilçisinin qollarını Luis Dias, Aleks MakAllister, Kodi Qakpo, Məhəmməd Salah və Destini Udogi (avtoqol) vurublar. Qonaq komandadan isə Dominik Solanke fərqlənib.


Bu qələbə ilə xallarını 82-yə çatdıran “Liverpul” ən yaxın izləyicisi “Arsenal”ı 15 xal qabaqlayır. “Tottenhem” isə 37 xalla 16-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, bu, “Liverpul”un 20-ci İngiltərə çempionluğudur.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO