Kriştiano Ronaldo karyerasında 934-cü qolunu vurub.
Bizim.Media xəbər verir ki, portuqaliyalı futbolçu “Əl-Nəsr”in Asiya Çempionlar Liqası Elit yarışının dörddəbir finalında “Yokohama F. Marinos”a 4:1 hesabı ilə qalib gəldiyi oyunda fərqlənib.
Kriştiano Ronaldo bu mövsüm vurduğu qolların sayını isə 33-ə çatdırıb. Həmçinin bu, 40 yaşlı forvardın Asiya Çempionlar Liqası Elitdə yeddi matçda vurduğu səkkizinci qoludur.
Qeyd edək ki, qitə turnirinin yarımfinalında "Əl-Nəsr"in rəqibi "Kavasaki Frontale" (Yaponiya) və "Əl-Sədd" (Qətər) komandalarından biri olacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
13:35 / 27.04.2025
Ronaldo karyerasında 934-cü qolunu vurdu - VİDEO
Hazırda oxunan: Ronaldo karyerasında 934-cü qolunu vurdu - VİDEO
Hazırda oxunan: Ronaldo karyerasında 934-cü qolunu vurdu - VİDEO
246318
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.