"Kristal Pelas"ın futbolçusu Mark Gei İngiltərə Premyer Liqasının bir neçə klublarının maraq dairəsinə düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
24 yaşlı mərkəz müdafiəçisi artıq bir neçə aydır ki, "Tottenhem", "Çelsi" və "Nyukasl" kimi klubların transfer siyahısındadır. Əgər hazırkı ilin yay transfer pəncərəsində onun hər hansı bir kluba keçidi baş verməsə, İngiltərəli futbolçunun növbəti il klubunu azad agent statusunda tərk edəcəyi gözlənilir.
Qeyd edək ki, Mark Gei bu mövsüm "Kristal Pelas"ın heyətində 40 oyuna çıxaraq 3 qol vurub və 2 qolun ötürməsini edib. Onun müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Bizim.Media

- A-
- A
- A+
İdman
07:30 / 27.04.2025
Mark Gei Premyer Liqa klublarının hədəfindədir
Hazırda oxunan: Mark Gei Premyer Liqa klublarının hədəfindədir
Hazırda oxunan: Mark Gei Premyer Liqa klublarının hədəfindədir
246267
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.