Mbappe "Barselona" ilə oyunu BURAXACAQ

Mbappe "Barselona" ilə oyunu BURAXACAQ

Hazırda oxunan: Mbappe "Barselona" ilə oyunu BURAXACAQ

246216

"Real"ın hücumçusu İspaniya kubokunu finalında "Barselona"ya qarşı matçı buraxacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "Radio Marca" məlumat yayıb.

Fransalı futbolçu hələ də fiziki diskomfort yaşayır. Bu da aparılan sınaqlarla təsdiqlənib.

Mbappe Çempionlar Liqasının 1/4 finalında "Arsenal"la cavab oyununda (1:2) topuğundan zədə alıb. O, İspaniya La Liqasının 32-ci turunun "Atletik" ilə oyunu (1:0) öncəsi komandanın məşqində də iştirak etməyib.

Xatırladaq ki, “El-Klassiko” bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO