UFC-nin Bakıdakı turnirində 8 döyüş TƏSDİQLƏNDİ

UFC-nin Bakıdakı turnirində 8 döyüş TƏSDİQLƏNDİ

Hazırda oxunan: UFC-nin Bakıdakı turnirində 8 döyüş TƏSDİQLƏNDİ

246134

İyunun 21-də Bakıda keçiriləcək UFC turnirində keçiriləcək döyüşlərin sayı artmaqda davam edir.

Bizim.Media xəbər verir ki, UFC-nin saytında əsas hissədə səkkiz döyüş, o cümlədən yüngül çəkidə azərbaycanlı Nazim Sadıxovla braziliyalı Nikolas Motta arasında keçiriləcək döyüş rəsmən öz əksini tapıb.

Turnirin əsas döyüşü isə keçmiş UFC çempionu Camaal Hill və titula keçmiş iddiaçı Xalil Rountree arasında yarım ağır çəkidə olacaq.

Bakı turnirində döyüşəcək təsdiqlənmiş cütlüklər:

Yarım ağır çəki

Camaal Hill (ABŞ) - Xalil Rountree (ABŞ)

Ağır çəki
Rizvan Kuniev (Rusiya) - Körtis Bleydes (ABŞ)
Ən yüngül çəki
Kyoci Horiquçi (Yaponiya) - Tagir Ulanbekov (Rusiya)
Yüngül çəki
Nazim Sadıxov - Nikolas Motta (Braziliya)
Ağır çəki
Mohammed Usman (Nigeriya) - Hamdi Abdelvahab (Misir)
Qadınlar
Yüngül çəki
İrina Alekseyeva (Rusiya) - Klaudiya Siqula (Polşa)
Yüngül çəki
Melissa Mullins (İngiltərə) – Darya Jeleznyakova (Rusiya)
İlkin döyüşlər (Prelims, ABC/ESPN+)
Orta çəki
Park Cun-Yonq (Cənubi Koreya) - İsmail Naurdiyev (Mərakeş)

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO