“Qəbələ” 1-ci liqada çempionluğu RƏSMİLƏŞDİRDİ

“Qəbələ” 1-ci liqada çempionluğu RƏSMİLƏŞDİRDİ

Hazırda oxunan: “Qəbələ” 1-ci liqada çempionluğu RƏSMİLƏŞDİRDİ

246110

Bu gün Azərnbaycan 1-ci liqasında 23-cü tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, son gündə 3 matç keçirilib.

"Karvan" "Cəbrayıl"ı qəbul edib. "İmişli" "Zaqatala"nın qonağı olub. "Qəbələ" isə MOİK-lə qarşılaşıb.

"Qəbələ" 1:0 hesablı qələbə qazanıb. Bununla da "qırmızı-qaralar" 1-ci liqada çempionluğu rəsmiləşdirib. Onlar daha əvvəl yeni mövsümdən Premyer Liqada oynamaq hüququ qazanmışdılar.

Digər oyunlarda "Karvan", həm "İmişli" rəqiblərini 2:0 hesabı ilə məğlub edib. Beləliklə, bölgə təmsilçiləri turnir cədvəlində son 4 turun nəticəsindən asılı olmayaraq ilk üçlükdə yerlərini təmin ediblər. Bu isə onlara da növbəti mövsüm Misli Premyer Liqasında oynamaq hüququ verir.

"İmişli" və "Karvan"ın Premyer Liqada iştirakı məsələsi ilə bağlı yekun qərarı AFFA verəcək.25 aprel (cümə)

17:00. “Karvan” – “Cəbrayıl” - 2:0

Qollar: B.Teymurov, 18; E.Qasımov, 81

Hakimlər: Rövşən Rəcəbov, Aydın Bəxşiyev, Elmin Süleymanov, Sənan Bayramzadə

Yevlax şəhər stadionu

17:00. “Zaqatala” – “İmişli” - 0:2

Qollar: İ.İnqilablı, 21; A.Ağazadə, 61

Hakimlər: Əkbər Əhmədov, Elman Kərimov, Anar Bədəlov, Mahmud Bağırzadə

Zaqatala OİK stadionu

18:00. “Qəbələ” – MOİK - 1:0

Qol: E.Tağıyev, 90+7 - pen.

Hakimlər: Vüqar Həsənli, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Şamil İmanzadə
Qəbələ şəhər stadionu

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO