Daha bir karateçimiz Tokio Olimpiadasına lisenziya turnirində mübarizəyə başlayır

Daha bir karateçimiz Tokio Olimpiadasına lisenziya turnirində mübarizəyə başlayır

Hazırda oxunan: Daha bir karateçimiz Tokio Olimpiadasına lisenziya turnirində mübarizəyə başlayır

24610

Azərbaycan karateçiləri Tokio Yay Olimpiya Oyunlarına növbəti vəsiqələri qazanmaq üçün Parisdə lisenziya turnirində mübarizəni davam etdirirlər.

Bizim.Media xəbər verir ki, turnirin son günündə daha bir karateçimiz - Asiman Qurbanlı (+75 kq) Olimpiya lisenziyası qazanmağa çalışacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan 7 medal qazandı - Rafael Ağayev çempion ola bilmədi... - FOTO


Qeyd edək ki, “Pyer de Kubertyen” arenasında keçirilən yarışda karateçilərimizdən Firdovsi Fərzəliyev (67 kq) uğurla çıxış edərək üçüncü yeri tutmaqla Tokio Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib.

Bu gün başa çatacaq turnirdə Azərbaycan 6 idmançı ilə təmsil olunur. Yarışa 98 ölkədən 500 karateçi qatılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO