Xorvatiya klubuna qeyri-adi CƏZA

Xorvatiya klubuna qeyri-adi CƏZA

Hazırda oxunan: Xorvatiya klubuna qeyri-adi CƏZA

246067

Xorvatiya liqasında qalmağa çalışan "Şibenik" klubu qeyri-adi cəza ilə üzləşib.

Bizim.Media xəbər verir ki, Arbitraj məhkəməsi autsayderin qalib gələcəyi hər matça görə 3 xal deyil, bir xal alacağı barədə qərar verib.

"Sportske novosti"nin məlumatına görə, tezliklə qərar ləğv edilib. Belə ki, klub cəriməyə səbəb olan borcları son anda ödəyib.

Prezident Jelko Karayiçaya yaxın mənbələr "Şibenik"in keçmiş məşqçiləri Mario Svitanoviç və Damir Çanadiyə borclu qaldığı, lakin artıq problemin həll edildiyini bildirib. Söhbətin ümumilikdə təxminən 276 min avrodan getdiyi deyilir.
 

Amma bütün bəlalar bununla bitmir. Klubun hesabı mart ayından dondurulub, futbolçulara maaş verilmir, yüksək liqada qalacaqları təqdirdə gələn mövsüm üçün lisenziya məsələsi sual altındadır, həmçinin yeni sahib axtarışı davam edir...


Nəzəri cəhətdən qalmaq şanslarını itirməyən "Şibenik" mövsümün sonuna beş tur qalmış 28 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb və 9-cu yerdəki Zaqreb “Lokomotiv”indən beş xal geri qalır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO