Qadın voleybolçular arasında Yüksək Liqada 2024/25 mövsümünə yekun vurulub.
Bizim.Media xəbər verir ki, ölkə çempionun adına finalın ikinci oyununda aydınlıq gəlib.
Həlledici qarşılaşma Milli Gimnastika Arenasında keçirilib. Ötən mövsümün çempionu “Azərreyl” “Abşeron”la qarşılaşıb.
“Dəmiryolçular” ilk görüşdəki 0:3 hesablı məğlubiyyətin revanşını almağa nail olub. Quru hesabla qalib gələn “Azərreyl” cütün taleyini “Qızıl set”ə daşıyıb.
Həlledici hissədə də qalib gələn "dəmiryolçular" qızıl medallara sahib olub.
Yüksək Liqa (qadınlar)
Final, ikinci oyun
24 aprel
15:00. “Azərreyl” - “Abşeron” - 3:0 (28:26, 30:28, 25:22)
Qızıl set: 15:12
Milli Gimnastika Arenası
İlk oyun – 0:3
Qeyd edək ki, finaldan sonra mükafatlandırma mərasimi baş tutacaq. Çempion və gümüş mükafatçı ilə yanaşı bürünc qazanan "Milli Aviasiya Akademiyası" da mükafatlarını alacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
21:15 / 24.04.2025
“Azərreyl” yenidən Azərbaycan ÇEMPİONU OLDU
Hazırda oxunan: “Azərreyl” yenidən Azərbaycan ÇEMPİONU OLDU
Hazırda oxunan: “Azərreyl” yenidən Azərbaycan ÇEMPİONU OLDU
245942
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.