Argentina klubunun prezidenti rüşvət alma ehtimalı ilə bağlı görüntülənib.
Bizim.Media xəbər verir ki, "Canal 9"da yayımlanan videodan sonra "San Lorenzo" klubunun prezidenti Marselo Moretti rüşvət almaqda ittiham olunub.
Moretti gənc oyunçunun anasından peşəkar müqavilə imzalamaq üçün 25 min dollar alarkən gizli kameraya düşüb. Klub rəhbəri "Tyc Sports"a müsahibəsində rüşvət almadığını və pulun ianə olduğunu bildirib:
"Məni təhlükəyə atmaq istəyənlər var. Keçən ildən şantaj edirlər. Pul ianə olub və birbaşa klubun kassasına daxil olub. İllərdir öz cibimdən kluba pul qoyuram. "San Lorenzo" mənim həyatımdır". Pulu verən iş qadını Maria Xose Skottini də eyni versiyanı dilə gətirib.
Nəticədə Moretti "klubu qorumaq" məqsədilə "San Lorenzo"nun prezidenti vəzifəsindən istefa verdiyini açıqlayıb. Argentina Futbol Assosiasiyası (AFA) hadisə ilə bağlı araşdırma apardığını bildirib.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
20:54 / 24.04.2025
Klub prezidenti rüşvət alarkən YAXALANDI
Hazırda oxunan: Klub prezidenti rüşvət alarkən YAXALANDI
Hazırda oxunan: Klub prezidenti rüşvət alarkən YAXALANDI
245940
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.