Kramarenkonun Rusiyada yaşayan qızı beynəlxalq yarışlara buraxılmayıb – SƏBƏB

Kramarenkonun Rusiyada yaşayan qızı beynəlxalq yarışlara buraxılmayıb – SƏBƏB

Hazırda oxunan: Kramarenkonun Rusiyada yaşayan qızı beynəlxalq yarışlara buraxılmayıb – SƏBƏB

245915

Futbol üzrə Azərbaycan milli komandasının sabiq qapıçısı Dmitri Kramarenkonun qızı, rusiyalı gimnast Lala Kramarenko Rusiyanın Ukraynada apardığı “xüsusi hərbi əməliyyat”a dəstək verdiyi üçün beynəlxalq yarışlara buraxılmayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan” nəşri yazıb.

Mənbə qeyd edir ki, Beynəlxalq Gimnastika Federasiyası (FIG) Kramarenkoya neytral status verməkdən imtina edib və bu, onu beynəlxalq turnirlərdə iştirak etmək hüququndan məhrum edib.
 

İmtina səbəbi onun Rusiya Federasiyasında qeyd olunan Vətən Müdafiəçisi Gününə həsr olunmuş qala-konsertdə iştirakı, Rusiya yığmasının keçmiş məşqçisi İrina Vinerlə şəkil çəkdirməsi və qondarma “xüsusi hərbi əməliyyat”ın simvollarına dəstək verməsi olub.


FIG qərarın qəti olduğunu və dərhal həyata keçiriləcəyini bildirib.

Lala Kramarenko İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO