Avropa çempionatında daha 2 cüdoçumuz mübarizəyə başlayır

Avropa çempionatında daha 2 cüdoçumuz mübarizəyə başlayır

Hazırda oxunan: Avropa çempionatında daha 2 cüdoçumuz mübarizəyə başlayır

245787

Azərbaycanın daha iki cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, bu gün Rəşid Məmmədəliyev (73 kq) və Fidan Əlizadə (57 kq) tatamiyə çıxacaqlar.

Ötən gün beş idmançı qüvvəsini sınayıb və yalnız Əhməd Yusifov (60 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO