AVRO-2020: Uels - İsveçrə matçında qalib müəyyənləşmədi - YENİLƏNİB

AVRO-2020: Uels - İsveçrə matçında qalib müəyyənləşmədi - YENİLƏNİB

Hazırda oxunan: AVRO-2020: Uels - İsveçrə matçında qalib müəyyənləşmədi - YENİLƏNİB

24561

Bakı Olimpiya Stadionunda keçirilən Avropa çempionatının A qrupunun Uels - İsveçrə oyunu başa çatıb.

Bizim.Media-nın məlumatına görə, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

İlk hissədə hər iki komanda təhlükəli qol epizodları yaratsa da, hesab açılmayıb. Görüşdə ilk qol 49-cu dəqiqədə vurulub. İsveçrənin heyətində Bril Embolo rəqibi mərkəzə dəvət edib. 74-cü dəqiqədə isə Kiffer Mur bərabərlik qoluna imza atıb.

84-cü dəqiqədə İsveçrə yığmasından Mario Qavranoviç topu rəqib qapısından keçirib. Lakin baş hakim VAR-dakı hakimlərə müraciət etdikdən sonra qolu qeydə almayıb.

***

Bakı Olimpiya Stadionunda keçirilən Avropa çempionatının A qrupunun Uels - İsveçrə oyununda ikinci qol vurulub.

Bizim.Media bildirir ki, 74-cü dəqiqədə Uels yığması hesabı bərabərləşdirib.

Kiffer Mur topu rəqib qapısından keçirib.

***

Bakı Olimpiya Stadionunda keçirilən Avropa çempionatının A qrupunun Uels - İsveçrə oyununda ilk qol vurulub.

Bizim.Media xəbər verir ki, 48-ci dəqiqədə İsveçrə yığması hesabı açıb.

Komandanın heyətində Bril Embolo fərqlənib.


***

Bakı Olimpiya Stadionunda keçirilən Avropa çempionatının A qrupunun Uels - İsveçrə oyununda ilk hissə başa çatıb.

Bizim.Media xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

Görüşü fransalı hakim Kleman Türpen idarə edir. Matça 16 mindən çox bilet satılıb. Bu, Azərbaycan paytaxtında gerçəkləşəcək ilk qarşılaşmadır.

Qeyd edək ki, təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels matçı ilə yanaşı, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

***

Bakı Olimpiya Stadionunda Avropa çempionatının A qrupunun Uels - İsveçrə oyunu start götürüb.

Bizim.Media xəbər verir ki, görüşü fransalı Kleman Türpen idarə edir.

Matça 16 mindən çox bilet satılıb. Bu, Azərbaycan paytaxtında gerçəkləşəcək ilk qarşılaşmadır.

Qeyd edək ki, təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels matçı ilə yanaşı, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO