Musiala zədəsi ilə bağlı AÇIQLAMA VERDİ

Musiala zədəsi ilə bağlı AÇIQLAMA VERDİ

Hazırda oxunan: Musiala zədəsi ilə bağlı AÇIQLAMA VERDİ

245575

"Bavariya"nın futbolçusu Camal Musiala öz durumu haqda danışıb.

Bizim.Media Almaniya mətbuatına istinadən xəbər verir ki, o deyib:
 

"Zədədən dərhal sonra — elə ilk gündən bərpa prosesinə başladım və hələlik hər şey plana uyğun gedir. Mənim böyük bir məqsədim var — klublararası dünya dempionatı. Çünki bu turnirdə prestij, klubun gəliri və yeni beynəlxalq titul uğrunda mübarizə gedir. Biz bu turnirdə qalib gəlmək istəyirik. Mən ABŞ-da yenidən meydana qayıtmaq istəyirəm".


Qeyd edək ki, Camal Musiala Almaniya çempionatının 28-ci turunda "Auqsburq"la oyunda (3:1) sol budun arxa hissəsində əzələ bağlarının qopması zədəsini alıb.

Daha öncə mediada yayılmış xəbərlər əsasən, yarımmüdafiəçi bu səbəbdən təxminən altı həftə yaşıl meydanlardan uzaq qalacaq.

Klublararası dünya çempionatı 15 iyun tarixində başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO