AFFA “Zirə”nin futbolçusunun cəzasını AZALTDI

AFFA “Zirə”nin futbolçusunun cəzasını AZALTDI

Hazırda oxunan: AFFA “Zirə”nin futbolçusunun cəzasını AZALTDI

245557

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Bizim.Media xəbər verir ki, yığıncaqda “Zirə”nin müraciətinə baxılıb. Qəsəbə klubunun U-17 komandasının futbolçusu Qurban Cəlilov barəsində verilən qərardan şikayəti qismən təmin edilib.
 

U-17 Liqasında keçirilən “Zirə” – “Qarabağ” matçında rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün futbolçuya verilən 3 oyunluq cəza yüngülləşdirilib.


O, ikisi şərti olmaqla 3 matçlıq diskvalifikasiya edilib. Şərti cəzanın çəkilməsi üçün 3 ay sınaq müddəti müəyyən olunub və başlanğıcı aprelin 16-dan hesablanacaq.

Apellyasiya şikayətinin qalan hissəsi təmin olunmayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO