Azərbaycan Şahmat Federasiyası (AŞF), Gənclər və İdman Nazirliyi, Milli Xalça Muzeyinin birgə təşkilatçılığıyla keçiriləcək “Çempionların savaşı” turnirinin heyətində dəyişiklik baş verib.
AŞF-dən Bizim.Media-ya bildirilib ki, hindistanlı dünya çempionu Vişvanatan Anand həkimlərin rəyinə əsasən, səhhətində yaranan narahatlıqla bağlı səfərə çıxa bilməyəcəyini bildirib. Bununla bağlı AŞF-yə müraciət edən V.Anand növbəti yarışlarda böyük məmnuniyyətlə iştirak edəcəyini söyləyib.
Aprelin 28-30-da Azərbaycan Milli Xalça Muzeyində təşkil olunacaq turnirdə Azərbaycan çempionu Rauf Məmmədov özbəkistanlı dünya çempionu Rüstəm Kasımcanova qarşı çıxış edəcək.
Qeyd edək ki, qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə həmin turnirdə dünya və Avropa çempionu Antoaneta Stefanova ilə mübarizə aparacaq.
“Çempionlar savaşı”nda qalib rapid və blits üzrə turnirlərin cəminə əsasən müəyyənləşəcək.
Bizim.Media

- A-
- A
- A+
İdman
14:34 / 22.04.2025
Şahmat üzrə hindistanlı dünya çempionu Bakıya GƏLƏ BİLMƏYƏCƏK
Hazırda oxunan: Şahmat üzrə hindistanlı dünya çempionu Bakıya GƏLƏ BİLMƏYƏCƏK
Hazırda oxunan: Şahmat üzrə hindistanlı dünya çempionu Bakıya GƏLƏ BİLMƏYƏCƏK
245484
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.