Məşhur türkiyəli futbolçu Arda Gülerin "Real Madrid"dəki gələcəyi ilə bağlı spekulyasiyalar fonunda onun geri satınalma şərti ilə Almaniya komandasına satılacağı iddia edilir.
Bizim.Media xəbər verir ki, bu barədə "Haber Global"ın materialında bildirilir.
Qeyd edilir ki, gələn mövsüm "Real Madrid" komandasında köklü dəyişikliklərin olacağı dəqiqdir.
Bu kontekstdə də "Real Madrid"in prezidenti perspektivli gənc oyunçulardan birini komandadan göndərmək imkanını nəzərdən keçirir. Namizədlərin sırasında "Bayer Leverkuzen" kimi klubların hədəfində olan gənc futbolçu Arda Gülerin olduğu ehtimal edilir.
İddialara görə, Xabi Alonsonun "Leverkuzen" ilə müqaviləsini ləğv edə bilməsi üçün "Real Madrid" Arda Güleri Almaniya komandasına göndərəcək. Amma bu, kirayə əsasında olmayacaq. Əvəzində geri satınalma opsiyasından (variantından) istifadə ediləcək. "Real Madrid" bu variantı Niko Pazı "Komo"ya satdığı zaman tətbiq etmişdi. Beləliklə də İspaniya nəhəngi lazım gələrsə, Ardanı yenidən heyətinə qatmaq hüququna sahib olacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
13:55 / 22.04.2025
Arda Güler hansı kluba transfer olunacaq?
Hazırda oxunan: Arda Güler hansı kluba transfer olunacaq?
Hazırda oxunan: Arda Güler hansı kluba transfer olunacaq?
245476
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.