“Qalatasaray” Belçika millisinin üzvünü transfer etmək İSTƏYİR

“Qalatasaray” Belçika millisinin üzvünü transfer etmək İSTƏYİR

Hazırda oxunan: “Qalatasaray” Belçika millisinin üzvünü transfer etmək İSTƏYİR

245388

Türkiyənin "Qalatasaray" klubu növbəti mövsüm üçün müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, İstanbul klubu "Lester Siti"də çıxış edən Vaut Fası transfer etmək istəyir. Bu barədə Belçika mətbuatı məlumat yayıb.

"Qalatasaray" belçikalı futbolçunun klubunun Premyer Liqanı tərk etməsindən yararlanıb onu heyətinə qatmağa çalışacaq. 27 yaşlı mərkəz müdafiəçisi ilə "Latsio" və Almaniyanın bir neçə klubu da yaxından maraqlanır.

Qeyd edək ki, "Lester Siti" Vaut Fası 2022-ci ilin sentyabr ayında "Reyms"dən transfer edib. Belçika millisinin üzvü bu mövsüm "tülkülər"in heyətində meydana çıxdığı 32 rəsmi matçda 2 qol vurub. Onun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO