“Xilasedici” bürünc medalların sahibi oldu - FOTO

“Xilasedici” bürünc medalların sahibi oldu - FOTO

Hazırda oxunan: “Xilasedici” bürünc medalların sahibi oldu - FOTO

245385

Bu gün kişi voleybolçuların Yüksək Liqasında ilk mükafatçı bəlli olub.

Bizim.Media xəbər verir ki, “Xilasedici” və “Neftçi” üçüncü yer uğrunda ikinci oyuna çıxıb.

Qarşılaşma GİN-in Voleybol Mərkəzində keçirilib. Bir gün əvvəl rəqibini quru hesabla məğlub edən “Xilasedici”yə bürünc medal qazanmaq üçün ən azı 2 setdə qalib gəlmək kifayət edib. Amma komanda bu dəfə qələbəni bayram edərək, medala layiq olduğunu sübuta yetirib.

Onlar "Neftçi"yə 3:1 hesabı ilə qalib gəliblər.

Yüksək Liqa (kişilər)

Üçüncü yer uğrunda oyun, ikinci oyun

21 aprel

17:00. “Xilasedici” - “Neftçi” - 3:1 (25:18, 23:25, 25:17, 25:18)

GİN-in Voleybol Mərkəzi

İlk oyun – 3:0

Qeyd edək ki, çempionluq uğrunda aprelin 22-də və 25-də keçiriləcək matçlarda “Azərreyl” “Murov Az Terminal”la qarşılaşacaq.



Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO