“Barselona”da CİDDİ İTKİ

“Barselona”da CİDDİ İTKİ

Hazırda oxunan: “Barselona”da CİDDİ İTKİ

245321

İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib. 

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

La Liqa nəhənginin hücumçusu Robert Levandovski sıradan çıxıb. 

Polşalı forvard 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. Levandovski bu müddətdə komandanın vacib oyunlarını buraxmalı olacaq.
 

36 yaşlı futbolçu İspaniya Kubokunun "Real"la final görüşündə (26 aprel) və "İnter"Çempionlar Liqası yarımfinal mərhələsinin ilk matçında (30 aprel) komandaya kömək edə bilməyəcək.


Qeyd edək ki, "Barselona" Robert Levandovskini 2023-cü ilin yayında "Bavariya"dan transfer edib. Polşa millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 40 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO