Millimizin üzvü Belçika klubuna KEÇƏ BİLƏR

Millimizin üzvü Belçika klubuna KEÇƏ BİLƏR

Hazırda oxunan: Millimizin üzvü Belçika klubuna KEÇƏ BİLƏR

245265

Azərbaycan millisinin daha bir futbolçusu legioner həyatı yaşaya bilər. 

Bizim.Media xəbər verir ki, müdafiəçi Mert Çelikin karyerasını Belçikada davam etdirmək variantı yaranıb. 

Pro Liqada çıxış edən “Vesterlo” “Səbail”in futbolçusunun xidmətində maraqlıdır. 24 yaşlı müdafiəçi ilə hətta ilkin təmas da olub.
 

“Vesterlo” rəhbərliyi Merti heyətində görmək istədiyini ona çatdırıb. Danışıqlar müsbət yekunlaşsa, müdafiəçi tezliklə Belçikanın yüksək liqa klubu ilə müqavilə imzalayacaq. 


Qeyd edək ki, Mert Çelikin “Səbail”lə müqavil müddəti mövsümün sonuna qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO