"Liverpul" çempionluğun bir addımlığında

"Liverpul" çempionluğun bir addımlığında

Hazırda oxunan: "Liverpul" çempionluğun bir addımlığında

245172

İngiltərə Premyer Liqasının 33-cü turunda "Lester" və "Liverpul" komandalarının qarşılaşdığı matç başa çatıb.

Bizim.Media xəbər verir ki, Lester şəhərindəki "Kinq Pauer" stadionunda baş tutan görüşdə qonaqlar 0:1 hesabı ilə qalib gəliblər.

Yeganə qolu 76-cı dəqiqədə mersisaydlıların müdafiəçisi Trent Aleksander-Arnold vurub.

Hazırda Slotun yetirmələri 79 xalla yarış cədvəlinin ilk sırasında yer alırlar. Liderin ən yaxın rəqibi aktivində 66 xalı olan "Arsenal"dır. Daha bir qələbə qazanacağı təqdirdə "Liverpul" "topçular" üçün əlçatmaz olacaq.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının bitməsinə beş tur qalır. Çempionata mayın 25-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO