Almaniyada keçirilən şahmat üzrə "Grenke Chess Festival"ında V tur geridə qalıb.
Bizim.Media xəbər verir ki, azərbaycanlı qrossmeyster Rauf Məmmədov 4 xalla 12-ci pillədə qərarlaşıb.
Ölkəmizin digər təmsilçiləri Şəhriyar Məmmədyarov 3-cü, Faiq Əsgərov isə 4-cü turdan sonra yarışdakı çıxışlarını başa vurublar. "Grenke Chess Festival"ına maksimum nəticə ilə dünyanın 1 nömrəli şahmatçısı Maqnus Karlsen başçılıq edir.
"Grenke Chess Open" turnirində çıxış edən Məhəmməd Muradlı uğurlu çıxışı ilə fərqlənir. O, keçirdiyi bütün partiyaları qələbə ilə başa vuraraq, 1-ci pillədə qərarlaşıb. Son iki turda cəmi yarımxal toplayan Eltac Səfərli liderlər qrupundan uzaq düşüb. Təmsilçimiz 124-cüdür.
Bizim.Media

- A-
- A
- A+
İdman
11:48 / 20.04.2025
Məhəmməd Muradlı "Grenke Chess Open" turnirində 1-ci pillədə qərarlaşıb - FOTO
Hazırda oxunan: Məhəmməd Muradlı "Grenke Chess Open" turnirində 1-ci pillədə qərarlaşıb - FOTO
Hazırda oxunan: Məhəmməd Muradlı "Grenke Chess Open" turnirində 1-ci pillədə qərarlaşıb - FOTO
245102
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.