"Yamal Messi deyil"

"Yamal Messi deyil"

Hazırda oxunan: "Yamal Messi deyil"

244940

Məşhur italiyalı mütəxəssis Fabio Kapello "Barselona"nın futbolçusu Lamin Yamal haqda danışıb.

Bizim.Media xarici KİV-lərə istinadən xəbər verir ki, o, 17 yaşlı vingerin argentinalı hücumçu Lionel Messi ilə müqayisə olunmasından danışıb:

"Yamal Messi deyil. Əgər "İnter" 2010-cu ildə Messinin qarşısını ala bilibsə, Yamalın da qarşısını ala bilərlər. Lamin haqda şişirdilmiş müqayisələri oxumuşam. Düzdür ki, o, "Qızıl Top"a namizəddir və təvazökar birinə oxşayır. Amma Messi 16 yaşında unikal idi. Bunu deyirəm, çünki onun oyununa baxırdım".

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunlarında keçiriləcək "Barselona" – "İnter" matçı aprelin 30-da, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO