Türkiyə Superliqasında legioner limiti qaydaları DƏYİŞDİ

Türkiyə Superliqasında legioner limiti qaydaları DƏYİŞDİ

Hazırda oxunan: Türkiyə Superliqasında legioner limiti qaydaları DƏYİŞDİ

244937

Türkiyə Futbol Federasiyası (TFF) növbəti iki mövsümdə Türkiyə Super Liqasında meydana çıxacaq legioner sayını təsdiqləyib.

Bizim.Media xəbər verir ki, 2025/2026 mövsümündən klublar sifariş ərizəsinə 14 əcnəbi futbolçu daxil edə biləcəklər.

Əvvəlki illərdən fərqli olaraq TFF bu dəfə yaş limiti tətbiq edib. Qaydaya görə, ilk mövsümdə 14 futbolçudan ikisinin yaşı 01.01.2003 tarixindən daha gənc olmalıdır. Bu rəqəm 2026/2027 mövsümündən 4-ə yüksələcək.

Qeyd edək ki, hazırda da Türkiyə Super Liqasında əcnəbi oyunçu 14-ə bərabərdir. Sadəcə klublar bunlardan 12-ni oyun heyətinə cəlb etmək hüququna malikdilər.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO