"Mançester Yunayted"in futbolçusu Alexandro Qarnaço bir neçə klubun transfer siyahısında yer alır.
Bizim.Media xəbər verir ki, "Atletiko", "Çelsi" və "Bayer" argentinalı vingerlə yaxından maraqlanır. Bu barədə "Team Talk" məlumat yayıb.
"Mançester Yunayted" yeni transferlərə büdcə yaratmaq üçün Qarnaçonu satmağa hazırdır.
İngiltərə klubu 20 yaşlı oyunçu üçün 70 milyon avro təzminat tələb edir.
Qeyd edək ki, "Mançester Yunayted" Alexandro Qarnaçonu 2020-ci ilin yanvar ayında "Atletiko"nun akademiyasından transfer edib. Argentina millisinin üzvü olan gənc futbolçu bu mövsüm "qırmızı şeytanlar"In heyətində meydana çıxdığı 50 oyunda 10 qol və 9 assistlə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
00:35 / 19.04.2025
“Mançester Yunayted” futbolçusuna 70 milyon qiymət qoydu
Hazırda oxunan: “Mançester Yunayted” futbolçusuna 70 milyon qiymət qoydu
Hazırda oxunan: “Mançester Yunayted” futbolçusuna 70 milyon qiymət qoydu
244935
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.