Yüksək Liqa: “Azərreyl” və “Neftçi” finalda - FOTO

Yüksək Liqa: “Azərreyl” və “Neftçi” finalda - FOTO

Hazırda oxunan: Yüksək Liqa: “Azərreyl” və “Neftçi” finalda - FOTO

244920

Bu gün kişi voleybolçular arasında Yüksək Liqaya yekun vurulub.

Bizim.Media xəbər verir ki, ikinci oyunlar GİN-in Voleybol Mərkəzində keçirilib.

İlk finalçı “Xilasedici” - “Azərreyl” qarşılaşmasında bəlli olub. Meydan sahibləri səfərdəki məğlubiyyətin əvəzini çıxıblar. Nəticədə cütün qalibi Qızıl setdə müəyyənləşib. Gərgin mübarizədə keçən həlledici qarşılaşmada "Azerreyl" güclü olub.

Digər matçda isə “Neftçi” “Murov Az Terminal”dan revanş almağa çalışıb. "Ağ-qaralar" ilk oyunda olduğu kimi, bu dəfə də rəqibə ciddi müqavimət göstərə bilməyiblər.

Qeyd edək ki, bu mərhələ iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), finala vəsiqənin sahibi Qızıl setdə müəyyənləşəcək.

Yüksək Liqa (kişilər)

İkinci oyunlar

18 aprel

15:00. “Xilasedici” - “Azərreyl” - 3:1 (24:26, 25:20, 25:23, 25:22), Qızıl set - 13:15

GİN-in Voleybol Mərkəzi

İlk oyun – 0:3

17:00. “Neftçi” - “Murov Az Terminal” - (19:25, 18:25, )

GİN-in Voleybol Mərkəzi

İlk oyun – 0:3




Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO