AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Turan Tovuz” klubunun baş məşqçisi Kurban Berdiyev barəsində verilən qərardan şikayətə baxıb.
Bizim.Media xəbər verir ki, bu haqda qurumun mətbuat xidməti məlumat yayıb.
“Turan Tovuz” Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməyib.
Xatırladaq ki, Misli Premyer Liqasının 30-cu turu çərçivəsində keçirilən “Turan Tovuz” – “Sabah” oyununun 19-cu dəqiqəsində Kurban Berdiyev meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alıb.
AFFA İntizam Komitəsinin qərarında bildirilir ki, Berdıyev daha sonra hakimləri təhqir edib. Bu səbəbdən o, 3 oyun şərti olmaqla 5 oyun cəzalanıb, klub 4000 manat məbləğində cərimə olunub. Şərti cəzaya dair 3 ay sınaq müddəti təyin edilib.
Bizim.Media

- A-
- A
- A+
İdman
18:09 / 18.04.2025
“Turan Tovuz” AFFA-ya şikayət etdi - Yekun qərar verildi
Hazırda oxunan: “Turan Tovuz” AFFA-ya şikayət etdi - Yekun qərar verildi
Hazırda oxunan: “Turan Tovuz” AFFA-ya şikayət etdi - Yekun qərar verildi
244888
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.