"Ronaldo İtaliyanı dərhal tərk etməli və məni tək qoymalıdır!"

Hazırda oxunan: "Ronaldo İtaliyanı dərhal tərk etməli və məni tək qoymalıdır!"

24487

"Roma"nın yeni baş məşqçisi Jose Mourinyo "Yuventus"un hücumçusu Kriştiano Ronaldo ilə qarşıdakı qarşıdurmanı yumorla şərh edib.

Bizim.Media qol.az-a istinadla  xəbər verir ki, o, "Talk Sport"a açıqlamasında deyib:

“Hamı deyir və mən də bu sözlərə qoşuluram ki, Ronaldo 25 yaşında deyil, artıq 36 yaşındadır. Daha 50 qol vurmur, amma nə qədər qol vurdu? 35. Bunlar inanılmaz statistikalardır, rəqəmlər özləri üçün danışır.

Onu nə idarə edir? Hesab edirəm ki, rekordlar. Futbol tarixinə əbədi düşmüş bir əfsanədir, amma yenə də statistikada motivasiya tapır, yeni bir rekord üçün çalışır.

"Qızıl top"lar, "Qızıl buts"lar almaq istəyir, milli komanda rekordunu qırmağı düşünür. Yalnız növbəti Avropa çempionatında deyil, həm də dünya çempionatında oynamaq istəyir.

Kriştianonun Messinin ondan daha yaxşı olması barədə danışılmasından incimədiyini düşünürəm. Fikrimcə, tənqid onu motivasiya edir.

Hələ də əlavə motivasiya alır. Rəqibi olaraq çox danışmamalısan, çünki bu onun üçün motivasiya ola bilər. Psixoloji cəhətdən çox güclüdür. Ancaq İtaliyanı dərhal tərk etməli və məni tək qoymalıdır!".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO