Yankoviç Avropa klublarının DİQQƏT MƏRKƏZİNDƏ

Yankoviç Avropa klublarının DİQQƏT MƏRKƏZİNDƏ

Hazırda oxunan: Yankoviç Avropa klublarının DİQQƏT MƏRKƏZİNDƏ

244793

“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç Avropanın bir neçə tanınmış klubunun maraq dairəsindədir.

Bizim.Media xəbər verir ki, son vaxtlar xüsusən Zaqreb “Dinamo”su və “Panatinaikos”un adı 29 yaşlı orta sahə oyunçusu ilə birgə hallanır. 

Adıçəkilən klublar Monteneqro millisinin üzvünün transferi qarşılığında Azərbaycan çempionuna təzminat ödəməyə razıdırlar. Bununla bağlı futbolçunun özü ilə ilkin təmas da olub. 
 

Lakin ağdamlıların baş məşqçisi Qurban Qurbanov bu ayrılığın əleyhinədir. Yassin Benzia, Kevin Medina, Patrik Andrade kimi oyunçuların klubla müqavilə müddəti mövsümün sonuna qədərdir və onların ayrılma ehtimalı heç də az deyil. Bunu nəzərə alan Qurbanov daha bir aparıcı futbolçunun gedişini istəmir. “Qarabağ” rəhbərliyi hətta Yankoviçlə müqavilə müddətini yeniləməyi planlaşdırır.


Qeyd edək ki, Marko Yankoviçin Premyer Liqanın lideri ilə sözləşməsi 2027-ci ilin yayına qədərdir. Zaqreb “Dinamo”su onunla çoxdan maraqlanırdı, “Panatinaikos” isə yarımmüdafiəçini qışdan bəri izləyir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO