Bu mövsüm Çempionlar Liqasında 100 milyon QAZANDILAR

Bu mövsüm Çempionlar Liqasında 100 milyon QAZANDILAR

Hazırda oxunan: Bu mövsüm Çempionlar Liqasında 100 milyon QAZANDILAR

244735

2024/25 mövsümü Çempionlar Liqasında indiyədək ən çox qazanc əldə edən klublar müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bu barədə “Football Meets Data” adlı analitik platforma məlumat yayıb.

Siyahıya PSJ başçılıq edir. Fransa çempionu 119,4 milyon avro mükafat qazanıb və bu göstərici turnirdə iştirak edən bütün klublar arasında ən yüksək nəticədir.

Mənbənin məlumatına görə, ikinci yerdə Milanın “İnter” klubu qərarlaşıb – 118,1 milyon avro. Üçüncü pillədə isə Londondan “Arsenal” gəlir – 117 milyon avro.

Cari mövsüm Çempionlar Liqasında ən çox qazanan 10 klub:

1. PSJ – 119,4 milyon avro

2. “İnter” – 118,1 milyon avro

3. “Arsenal” – 117 milyon avro

4. “Barselona” – 116,6 milyon avro

5. “Bavariya” – 105,9 milyon avro

6. “Borussiya” Dortmund – 102,2 milyon avro

7. “Real” Madrid – 101,8 milyon avro

8. “Liverpul” – 98,1 milyon avro

9. “Bayer” Leverkuzen – 87,1 milyon avro

10. “Atletiko” – 84,9 milyon avro

Hazırda siyahıda lider olan PSJ Çempionlar Liqasının yarımfinalına yüksəlib və bu mərhələdə “Arsenal”la qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO