Yüksək Liqada yarımfinalın ilk oyunları KEÇİRİLDİ - NƏTİCƏLƏR

Yüksək Liqada yarımfinalın ilk oyunları KEÇİRİLDİ - NƏTİCƏLƏR

Hazırda oxunan: Yüksək Liqada yarımfinalın ilk oyunları KEÇİRİLDİ - NƏTİCƏLƏR

244682

Kişi voleybolçular arasında Yüksək Liqada yarımfinal mərhələsi start götürüb.

Bizim.Media xəbər verir ki, ilk oyunlar çərçivəsində iki matç keçirilib. Hər iki qarşılaşma GİN-in Voleybol Mərkəzində baş tutub.

Öncə “Murov Az Terminal”la “Neftçi” qarşılaşıb.

Oyun nominal meydan sahiblərinin üstünlüyü ilə başa çatıb. "Ağ-qaralar" yalnız son turda rəqiblərinə ciddi müqavimət göstəriblər. Görüş 3:0 hesabı ilə başa çatıb. Ardınca “Azərreyl” “Xilasedici” ilə üz-üzə gəlib. "Dəmiryolçular" da hər 3 setdə rəqiblərindən güclü olublar.

Qeyd edək ki, ikinci oyunlar aprelin 18-də keçiriləcək.

Yüksək Liqa (kişilər)

Yarımfinal, ilk oyunlar

16 aprel

15:00. “Murov Az Terminal” - “Neftçi” - 3:0 (25:20, 25:19, 27:25)

GİN-in Voleybol Mərkəzi

17:00. “Azərreyl” - “Xilasedici” - 3:0 (25:22, 25:18, 25:23)

GİN-in Voleybol Mərkəzi.

Rəşad Rafiqoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO