Kişilər arasında Azərbaycan Basketbol Liqasında pley-inə yekun vurulub.
Bizim.Media xəbər verir ki, 3-cü oyunlar çərçivəsində iki matç baş tutub.
Hərəyə bir qələbə qazanan “Sumqayıt”la “Sərhədçi” pley-offa vəsiqə üçün üz-üzə gəlib. Gərgin keçən qarşılaşmanın taleyi son saniyələrdə həll olunub. Meydan sahibləri iki xal fərqi ilə uduzaraq, mübarizəni dayandırıblar.
Digər qarşılaşmada isə “Abşeron” və NTD ikinci qələbə üçün mübarizə aparıb. Bu görüşdə Abşeron basketbolçuları 7 xallıq fərqlə qalib gələrək, növbəti mərhələyə yüksəliblər.
Qeyd edək ki, pley-inin digər iki cütündə “Gəncə” “Lənkəran”a, “Ordu” “Quba”ya iki matçda qalib gəlib.
Azərbaycan Basketbol Liqası
Pley-in, 3-cü oyunlar
16 aprel
19:00. “Sumqayıt” – “Sərhədçi” - 94:96 (16:20, 27:20, 25:32, 26:24)
Sumqayıt OİK
Seriyada hesab – 1:2
19:00. “Abşeron” - NTD - 81:74 (19:19, 19:15, 22:21, 21:10)
Bakı İS
Seriyada hesab – 2:1.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
11:50 / 17.04.2025
“Sərhədçi” və “Abşeron” play-off MƏRHƏLƏSİNDƏ
Hazırda oxunan: “Sərhədçi” və “Abşeron” play-off MƏRHƏLƏSİNDƏ
Hazırda oxunan: “Sərhədçi” və “Abşeron” play-off MƏRHƏLƏSİNDƏ
244612
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.