"Bayer"in yarımmüdafiəçisi Qranit Caka karyerasını Türkiyədə davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
Belə ki, "Qalatasaray" isveçrəli futbolçunu heyətinə qatmaq istəyir.
İstanbul nəhəngi artıq Caka ilə ilkin danışıqlar aparır. Türkiyəyə gəlməyə müsbət yanaşan 32 yaşlı orta xətt oyunçusu "Qalatasaray"ın oyunlarını izləməyə başlayıb.
Təcrübəli futbolçu yekun qərarını mövsümün sonunda verəcək. "Sarı-qırmızılar" ölkə çempionu olsa və Çempionlar Liqasında iştirak etsə, oyunçu İstanbula gələcək.
Qeyd edək ki, "Bayer" Qranit Cakanı 2023-cü ilin yayında "Arsenal"dan transfer edib. İsveçrə millisinin üzvü bu mövsüm Leverluzen təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
11:00 / 17.04.2025
“Qalatasaray” məşhur futbolçu ilə DANIŞIQLARA BAŞLADI
Hazırda oxunan: “Qalatasaray” məşhur futbolçu ilə DANIŞIQLARA BAŞLADI
Hazırda oxunan: “Qalatasaray” məşhur futbolçu ilə DANIŞIQLARA BAŞLADI
244602
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.