Müller Messiyə ÇATDI

Müller Messiyə ÇATDI

Hazırda oxunan: Müller Messiyə ÇATDI

244559

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin "İnter"ə qarşı cavab görüşü "Bavariya"nın futbolçusu Tomas Müller üçün əlamətdar olub.

Bizim.Media xəbər verir ki, o, oyun üçün start heyətdə yer alıb və bununla da ÇL-də 163-cü matçına çıxıb.
 

35 yaşlı hücumçu Çempionlar Liqasında ən çox oyun keçirən futbolçulardan biri olub. O, hazırda "İnter Mayami"də çıxış edən, əvvəllər Avropada "Barselona" və PSJ klublarının formasını geyinmiş Lionel Messi ilə birlikdə 3-cü pilləni bölüşür.


İkinci yeri İker Kasilyas (177 oyun - "Real", "Portu") tutur. Lider isə Kriştiano Ronaldodur (183 matç - "Mançester Yunayted", "Real", "Yuventus").

Müller ÇL-dəki əvvəlki 162 görüşündə 57 qol vurub və 34 məhsuldar ötürmə verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO