ABŞ klubu De Brüyneni HƏDƏFLƏDİ

ABŞ klubu De Brüyneni HƏDƏFLƏDİ

Hazırda oxunan: ABŞ klubu De Brüyneni HƏDƏFLƏDİ

244555

ABŞ-ın "Çikaqo Fayr" klubu "Mançester Siti"nin futbolçusu Kevin De Brüyneni hədəfləyib.

Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
 

MLS təmsilçisi artıq ilkin addımları atıb. Klub belçikalı yarımmüdafiəçiyə böyük maraq göstərir və onu yeni layihənin bir hissəsi etmək niyyətindədir.


Bildirilir ki, yaxın zamanda 33 yaşlı oyunçu bütün təkliflərini dəyərləndirəcək.

Qeyd edək ki, daha öncə Kevin De Brüyne hazırkı mövsümün sonunda "Mançester Siti"ni azad agent statusunda tərk edəcəyini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO