UEFA 1 dəqiqəlik sükuta rədd cavabı verdi - VİDEO

UEFA 1 dəqiqəlik sükuta rədd cavabı verdi - VİDEO

Hazırda oxunan: UEFA 1 dəqiqəlik sükuta rədd cavabı verdi - VİDEO

244544

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin Ukrayna - Rumıniya matçından əvvəl həssas hadisə baş verib.

Bizim.Media xəbər verir ki, Polşanın Koşalin şəhərində keçirilən matçdan bir neçə gün əvvəl Ukrayna Futzal Assosiasiyası UEFA-ya müraciət edərək Rusiyanın raket atəşi nəticəsində bugünlərdə Sumı şəhərində həlak olan günahsız mülki insanların xatirəsinin anılmasına icazə verilməsini istəyib.

Lakin qitə futbol qurumu 1 dəqiqəlik sükutla bağlı müraciətə 2 dəfə rədd cavabı verib.

Buna baxmayaraq, oyundan əvvəl həlak olanların xatirəsini anmaq mümkün olub. Bu dəfə Ukrayna futzalçıları şəxsən Rumıniya yığmasına müraciət ediblər. Rəqib komanda isə bu təşəbbüsü dəstəkləyib.
 

Beləliklə, qurbanların xatirəsi oyunun gedişində yad edilib. Hakimin start fitindən sonra top oyuna daxil edilən kimi futzalçılar, məşqçilər yerlərində dayanaraq həlak olanların xatirəsini anıblar.


Qeyd edək ki, oyun Ukraynanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO