Millimizin baş məşqçisi istefaya göndərilə bilər – ÖZƏL

Millimizin baş məşqçisi istefaya göndərilə bilər – ÖZƏL

Hazırda oxunan: Millimizin baş məşqçisi istefaya göndərilə bilər – ÖZƏL

244531

Futzal üzrə milli komandamızın baş məşqçisi Vitali Borisov istefaya göndərilə bilər.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Azərbaycan Futzal Federasiyasının rəhbərliyi milli komandanın Avro-2026-ın əsas mərhələsindəki çıxışından narazı qalıb.

İsveç, Yunanıstan və Xorvatiya ilə bir qrupda mübarizə aparan futzalçılarımız yalnız iki oyunda heç-heçə edərək digər qarşılaşmalarda rəqiblərinə məğlub olublar.
 

Nəticələrdən məmnun olmayan federasiya yaxın günlərdə toplanaraq baş məşqçi Vitali Borisovun yığma ilə bağlı məruzəsini dinləyəcək.


Baş məşqçinin açıqlamaları onları qane etməsə Borisovun məsələsi AFFA İcraiyyə Komitəsinin növbəti iclasında müzakirəyə çıxarılacaq. Hazırda isə millimizin baş məşqçisi şəxsi işləri ilə əlaqədar Moskvaya gedib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO