Benziya “Qarabağ”ın təklifini QƏBUL ETMƏDİ

Benziya “Qarabağ”ın təklifini QƏBUL ETMƏDİ

Hazırda oxunan: Benziya “Qarabağ”ın təklifini QƏBUL ETMƏDİ

244528

Yassin Benzia “Qarabağ”ı tərk etməyə hazırlaşır.

Bizim.Media Əlcəzair mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Ağdam klubu ilə yeni müqavilə məsələsində razılığa gələ bilmir.
 

Məlumata görə, Azərbaycan çempionu Əlcəzair millisinin üzvünə hazırkı məvacibindən yüksək əməkhaqqı təklif edib. Lakin Benzia bu dəfə də rədd cavabı verib. Səbəb isə oyunçunun daha yüksək səviyyəli liqa sayılan Səudiyyə Ərəbistanında oynamaq şansının olmasıdır.


Ərəb ölkəsindən gələn təklifləri dəyərləndirməklə məşğul olan pleymeykerin böyük ehtimalla yayda Azərbaycandan ayrılacağı yazılıb.

Qeyd edək ki, Benzia 2023-cü ilin əvvəlindən “Qarabağ”ın formasını geyinir. Onun Premyer Liqanın lideri ilə sözləşməsi mövsümün sonuna qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO