Azərbaycan millisi komanda hesabında birinci oldu

Azərbaycan millisi komanda hesabında birinci oldu

Hazırda oxunan: Azərbaycan millisi komanda hesabında birinci oldu

244407

Azərbaycanın boks millisi Bakıda təşkil olunan "Böyük İpək Yolu" beynəlxalq turnirində komanda hesabında birinci yeri tutub.

Bizim.Media xəbər verir ki, yığma 8 qızıl, 3 gümüş və 7 bürünc medalla yarışın kubokuna yiyələnib.
 

Qadınların yarışında ən yaxşı boksçu Zeynəb Rəhimova (Azərbaycan), kişilərdə Vsevolod Şumkov (Rusiya) seçilib. Şahboz Yunusaliyev (Özbəkistan) ən əzmkar boksçu, Zaal Cavaxadze (Gürcüstan) ən yaxşı hakim adına layiq görülüb.


Qeyd edək ki, təmsilçilərimizdən Zeynəb Rəhimova (52 kq), Aynur Rzayeva (+81 kq), Sübhan Məmmədov (48 kq), Nicat Hüseynov (51 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Nəbi İsgəndərov (67 kq), Seyidcəmşid Cəfərov (75 kq) və Alfonso Dominqes (92 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Marjona Savriyeva (50 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) gümüş medal qazanıblar.

Şamil Əsgərov, Tağı Nəsibov (hər ikisi 60 kq), Ruslan Rüstəmov (63,5 kq), Məmməd Quliyev (86 kq), Anaxanım İsmayılova (48 kq), Bəhriyyə İbrahimova (54 kq) və Aynur Mikayılova (57 kq) üçüncü yeri tutublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO