Çempionlar Liqası: “Real Madrid” “Arsenal”ı, “Bavariya” “İnter”i sınağa çəkəcək

Çempionlar Liqası: “Real Madrid” “Arsenal”ı, “Bavariya” “İnter”i sınağa çəkəcək

Hazırda oxunan: Çempionlar Liqası: “Real Madrid” “Arsenal”ı, “Bavariya” “İnter”i sınağa çəkəcək

244393

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, bununla da yarımfinal mərhələsinin bütün iştirakçıları bəlli olacaq.

“İnter” Almaniyada 2:1 hesabı ilə qalib gəldiyi “Bavariya”nı bu dəfə İtaliyada qəbul edəcək. Bu cütün qalibi finala gedən yolda İspaniya “Barselona”sının rəqibi olacaq.

Digər matçda isə İngiltərə “Arsenal”ı İspaniyada “Real Madrid”in qonağı olacaq. London klubu evdəki ilk görüşdə rəqibini 3 cavabsız qolla məğlub edib. Bu duelin güclüsü yarımfinalda Fransanın PSJ komandası ilə qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO