Millimizin üzvləri Rumıniya çempionu OLDU

Millimizin üzvləri Rumıniya çempionu OLDU

Hazırda oxunan: Millimizin üzvləri Rumıniya çempionu OLDU

244382

Azərbaycan millisinin voleybolçuları Yelizaveta Ruban və Oksana Xarçenko Rumıniya çempionu titulunu qazanıblar.

Bizim.Media xəbər verir ki, təmsilçilərimizin heyətində yer aldıqları "Alba" klubu final seriyasında "Voluntari"dən güclü olub.

Tərəflər arasında keçirilən dördüncü görüş 3:1 hesabı ilə "Alba"nın üstünlüyü ilə başa çatıb. Yekun nəticədə də 3:1 hesabı ilə qalib gələn voleybolçularımızın komandası mövsümü 1-ci pillədə başa vurub.

Qeyd edək ki, "Alba" bununla da "Voluntari"dən ötən mövsümün finalındakı məğlubiyyətin revanşını alıb.

Rəşad Rafiqoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO