“Turan Tovuz” Bakıdakı bazasına köçür – ÖZƏL

“Turan Tovuz” Bakıdakı bazasına köçür – ÖZƏL

Hazırda oxunan: “Turan Tovuz” Bakıdakı bazasına köçür – ÖZƏL

244236

“Turan Tovuz” klubu Bakıda özünə baza inşa edir. Paytaxtın Kürdaxanı qəsəbəsində yerləşən bazaya 3 meydança, soyunub-geyinmə, istirahət otaqları, sauna və digər yardımçı obyektlər daxildir. Meydançaların ikisi təbii, biri isə süni örtüklü olacaq. Komanda səfər oyunları öncəsi öz məşqlərini bu bazada keçirəcək.

Bəs görəsən futbolçular yeni bazada nə vaxt hazırlığa başlayacaq?

Bizim.Media-nın əldə etdiyi məlumata görə, yaxın 2 həftə ərzində təbii örtüklü bir meydançanın artıq komandanın sərəncamına verilməsi gözlənilir. Bu isə o deməkdir ki, “Turan Tovuz” may ayından etibarən Bakıda məşq etmək üçün stadion axtarmayacaq. Gələcəkdə klub rəhbərliyi burada futbolçuların qalması üçün otelin də inşasını da planlaşdırır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO